Bir günnəri Allah nəhlət eləmiş yezid istiyirmiş ki, imamlarımıza zərbə vursun, onnarı qırsın. İmamlar bunnan xilas olmaq üçün qaçıllar ki, hardasa gizdənsinnər. Ora qaçıllar, bura qaçıllar, heş nə yox. Görünür qış fəsliymiş. Qaçıllar özləri üçün daldanacax tapsınnar. Görüllər ki, bir yaşıl ağac var. Keçillər bu ağacın dalına. Sən demə bu da ardıc ağacıymış. Bınnar ağacın arxasında gizdənillər. Yezid gəlif keçir, heş nə tapmır. İmamlar onnarı xilas elədiyi üçün ağaja alqış eliyillər. Deyillər ki, səni görüm həmməşə yaşıl qalasan. Ona görə də həmin ardıc ağacı ilin bütün fəsillərində yaşıldı. Yarpağın dəyişir, ama elə dəyişir ki, növbəynən, tam çılpax qalmır, yaşıl qalır. (Qarabağ: folklor da bir tarixdir, IV, s. 19).