KARVANQIRAN ULDUZU

İki ildız var. Biri dan ildızıdı, dan ağaranda, səhər ertə çıxır. Biri axşam tərəfi torannıyanda çıxır. Ona da karvanqıran deyillər. Karvanqıran ona görə deyillər ki, irəli bı texnika-zad azmış da, elə bilginən ki, uzax yol gedən, səyahət eliyən, alverə gedən dəvəynən gedirmiş, atnan gedirmiş, dəvə karvanıynan. Karvanqıran doğur, elə bilillər ki, dan ildızıdı. Duruf düşüllər yola. Kəntdən bir xeyləh aralaşannan sohra qar-çooğun başdıyır. Bılar isdiyir ki, ojax-zad qalasınnar. Biz çərən * deyirih, çaylaxda-zadda bitir. Bı çərənnən yığıf isdiyillər ki, bınnan ojax qalıyalar. Nə qədər eliyillər, yanmır. Yağıf isdanıf axı. Özü də çətin yanan şeydi. Kəsəsi, karvan, elə bil ki, qırılır, çavğına düşür. Ona görə də onun adı Karvanqırandı. Dan ildızı hesab edif əvdən çıxıflar, yolda da düşüflər çavğına, qırılıflar. Belə eşitmişəm (Qarabağ: folklor da bir tarixdir, I, S. 17).