Seyid Alı Xəlifə

Seyid Alı Xəlifə çəliyin daşa vuranda su çıxıf. Natəmiz, qəlbi pis adam gedəndə o su batır. Dört dənə yekə daşdı. Döşündə çəliyin yeri də məlumdu. Hər həftənin dördüncü günü onun üsdündə on iki çırax yandırırdıx imamların adına. Namaz qılırıx, adına oruc tuturux. Gömgöy göz yaşı kimi bulaq qaynıyır. Üst tərəfində isə qətl ağacı var. Hətta bir dəfə natəmiz adamlar getdilər əllərini sabınnan yudular, tökdülər bulağa, bulax batdı. Getdih çırax yandırdıx, qurban kəsdik, onnan sora yenidən qaynamağa başdadı (Qarabağ: folklor da bir tarixdir, IV, s. 51).