Babam diyərdi, yer-göy arası beş tabaxdan ibarətdi. Beş tabağın ən böyüyü, yüksəyi Allahın yerləşdiyi səmadı. Bura behiştin, cənnətin qapısı, məleykələrin, əsabələrin yeridi. Birinci yuxarı qatda Allah, onun məleykələri, cənnətidi. Əvvəl babam danışardı ki, yer üzü, torpax yoxuydu. Hamı yuxardaydı, orda yaşıyırdı. Cənnət də ordaydı, insannar da. Allah-taala Əzrayılnan Cəbrayılı göndərdi yer üzünə, dedi:
– Gedin insan qayırın, torpaxdan nəsə bir şey qayırın, dünyanı artırağ. 9 tabax – təbəqə 18 Əzrayıl, Cəbrayıl yendi yer üzünə, torpaxdan abidə kimi, heykəl kimi bir şey qurdular, dedilər:
– Canım sənə qurban, biz hazırladığ. Allah-taala onnara nəfəs verdi. Birini Adəm peyğəmər, birini Həvva eylədi, qaldırdı cənnətə. Cənnətin qapılarında kimnər dururdu? Qızıl qanatdı əjdaha, ilan – məleykə cildində, inkirminkir. Cənnətdə hansı meyvələr vardı? Ancağ xurmalar, qırmızı gözəl ətirli almalar... bunnarı yeməh olmaz, ancağ qoxsulamağ olar. Qoxsulamağnan onnar yaşıyırdı. Günnərin bir günü şeytan ilanın beynin doldurdu ki, sən maa icazə ver, mən keçim cənnətə. Qızıl ilan dedi: – Yox, olmaz, Allah-taalanın əmri var, keçib oraları qarışdırarsan. Dedi:
– Elə mənim məqsədim odu ki, Havvaynan Adəmi tulluyam burdan – cənnətdən. Yenə o, qızıl ilaan girdi burnuna, ordan axdı girdi cənnətə. Orda getdi buğdaan yanına. Buğda onda böyüh bir ağac imiş. O ağac başını yerə qoyurmuş, o sünbüllər ağacın ucunnan dəyirmiş yerə. Onu ancağ iyləməh lazımmış, yəni loru dildə, qoxulamağ lazım imış. Girdi cənnətə, Adəm peyğəmbərnən Havvıya dedi ki, bəs siz bunnan yemirsiz, buğdadan? Bunnarın ağlını əlinnən aldı. Birinci Həvva... (İndi deyim də var ki, arvaddarın ağlı olsaydı, cənnətdə qalardı). Həvvanın nəsli hamısı torpağa atıldı. (Arvad bir səhv iş görəndə, deyillər ki, Həvvanın törəməsidi də). Həvva birinci buğdadan yedi, ikinci Adəm peyğəmbərə yedirtdi, mundarradılar cənnəti. Allaha xəbər getdi. Həvvaynan, Adəmi tulladı yer üzünə. Qızıl mələy ilanın qanaddarını yoldu, tulladı yer üzünə, dedi:
– Mən sənə bu boyda cənnətin qapısını həvalə eyləmişdim. İndi get. Ömrü boyu sənin nəslin sürünəcəh torpağ üsdündə, sənə heç bir yeməy vermirəm, ancağ torpağ yeyib, torpağda yaşıyassan. Onda yeriyirdi məleykə. Sora şeytanı tulladı. Şeytan yenə də Allahın başına dolandı ki, Allah, qurban olum, sən mənə bı şərtdərnən torpağ üzünə, yer üzünə endir.
– Şərtdərin nədi?
– Məni insannarın ruhuna sal, çünki insanlar mənsiz heş cür yaşıya bilməz. Dünya rahat olar, müharibələr olmaz, döyüş olmaz, insannar biri-birini qanına qəltan eyləməz. Allah-taala dedi:
– Get, Allahın lənəti olsun sənə. Pisi də sənin olsun, ged insannarın ruhuna. Bunnarın hamısın töhdü torpağa, yer üzünə. Torpağda Adəm, Həvva evləndilər, nəsil artdı, yarı şeytan nəsli, yarı Allahın bəndəsi, əməli saleh. Pis-yaxşı, gecə-gündüz, hamısı Allahın qoyduğu qanunnardı. O günnən ilan bütün bəndələrə – insana, insan oğluna qənim kəsildi. Harda insannarı gördü çaldı, vurdu, öldürdü, yarımcan elədi ki, onnarın ucbatınnan, yanı Həvvanın ucbatınnan məni atıblar yer üzünə. Şeytan da biznən bərabər gəldi torpağa, bu dünya quruldu. Bu oldu Allahın yuxarı təbəqəsi, qaldı yuxarda. İkinci dedih günəşdi.
Təhcə günəş ikinci tabaxda yaşıyır. Çünki oqqədər isdiliyi, odu, atəşi var ki, ora heş kəs yaxın düşəmməz. İkinci qatda günəş yerləşir. Üçüncü tabaxda ulduzdardı. Hər bir insanın bir ulduzu var. İkincı qatda günəş, üçüncü qatda ay, ulduzdar yaşıyır, dördüncü qatda insannar. Beşinci qatda cinnər (Bizdən aşağı, biz-dən yeylər, yanı gözə görünməz cinnər, fərişdələr, dilaflar, hal anaları – bunnar cinnərin növləridi.) onnar aşağı təbəqədədilər.
Cinnər balaca olur, ovuc boyda, ovucun içinə yerrəşir. Dilaf çox yüksəy boylu, uca boylu, əmcəhləri oqqədər uzun olur ki, sağı sağ çiyninə atır, solu sol çiyninə. Hal anası həmişə insannarın, ən çox zahı olan, doğan qadınların ruhunu, ürəyini oğurruyub aparır. Fərişdələr cin nəslinin balaca-balaca törəmələridi. Bunnar bizdən aşağıda, qarannıx bir qatda yaşıyıllar, ancağ biznən bərabərdilər. Beşınci tabaxda cinnər, sonra cəhənnəmdi. Babam diyərdi, insan ölər, cismi qalar torpaxda. Yaxşı insanın ruhu gedər cənnətə, Allahın dərgahına, pisdərin cismi qalar, ruhu da, cismi də qalar cəhənnəmdə (Şərur folklor örnəkləri. Toplayan, tərtib edən və ön sözün müəllifi: Vaqifqızı (Süleymanova L. Söyləyən: Həsənova S. Bakı, Elm və təhsil, 2023, 304 s. s. 18-20).