GÜN VƏ AY

Günəş qız, Ay oğlandı. Günəş deyif ki, ana, məni elə gözəl yarat ki, millət maa baxa bilməsin. Anası da deyif: – A bala, saa göz dəyər axı. Deyif: – Onda nənə, maa baxanın gözünə iynələrimi sancajam ki, maa baxa bilməsin. Tüfəngin ayaxdadı, Çəkmisən, ayaxdadı. Ay dedi: – Gün boğazdı, Gün dedi: – Ay axdadı. II mətn Bir gün Aynan Gün bir-biriynən dalaşıflar. O deyif ki, mən sənnən gözələm. Bı deyif ki, yox, mən sənnən gözələm. Gün də saj küllüyürmüş. Axı Ay Günnən gözəldi. Özü də bajı-qardaşdılar. Bajısının bına xayınnığı tutuf, əlini vırıf xamıra, çəkif bının üzünə, onnan da üzündə ləkə qalıf (Qarabağ: folklor da bir tarixdir, I, S. 16).

***

Deyir, Ayın anası xəmir küllüyürmüş, çörəh salırmış. Anası bını buyurur, bı getmir. Onda anası əli küllü bının üzünə vırır. Elə o vaxdan Ayın üzü ləkəli qalır. Aynan Gün bir-birini sevirdi. Hamma olar heş vaxt bir-birini görə bilmillər. Vaxt gəlir ki, olar bir-birini tutalar, bir-biriynən görüşələr, Gün tutulur. Onda da başdıyıllar dəmir qabları döyməyə. Onda açılır. Bildir gün tutulanda mən öz gözümnən gördüm. Mis qablara, o biri qablara döydülər, onnan sohra açıldı (Qarabağ: folklor da bir tarixdir, I, S. 16).